Bakıda məşhur qızıl dükanının sahibini 43 bıçaq zərbəsilə qətlə yetiriblər (YENİLƏNİB)

Bakıda məşhur qızıl dükanının sahibini 43 bıçaq zərbəsilə qətlə yetiriblər (YENİLƏNİB)
Hadisə 3984

Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

BAKU.WS-in APA TV-yə istinadən verdiyi məlumata görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***13:45*** 

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib. BAKU.WS-in "Qafqazinfo” saytına istinadən verdiyi məlumata görə, "Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın "Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib. Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb. Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.   Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir. BAKU.WS 

Oxşar xəbərlər

Bakıda qadını öz evində zorlamaq istədilər

Bakıda qadını öz evində zorlamaq istədilər

Bakının Nəsimi rayonunda qadın öz evində dəhşət yaşayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, naməlum şəxs Nəsimi ray...

2118 Hadisə 14:48 19 noyabr 2015

Son xəbərlər