Bakıda qadının 150 minlik cinayəti
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda 100 minlik cinayətin üstü açıldı
Bakıda mənzillərin birində oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə iyulun 26-da saat 23:30 radələrində A.Gəraybə...