Bakıda xidmətçidən 30 minlik cinayət
05
sen
2015
11:31
Bakıda xidmətçi işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Aidə İbrahimovanın evindən 30 min manat pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda oteldə qalan qadının otağına girdilər və...
Bakıda otellərin birində qonaq qalan qadının otağından oğurluq edilib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, dünən Natavan küçəsind...