Bakıda iki nəfəri bıçaqladılar

Bakıda iki nəfəri bıçaqladılar
Hadisə 1898

  Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi olub.

Bakı şəhər baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisələrdən biri Xəzər, digəri isə Sabunçu rayonunda qeydə alınıb. Binə qəsəbəsi Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayev bıçaqlanıb

Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, onu bıçaqlayan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub.

Sabunçu qəsəbəsində isə 1972-ci il təvəllüdlü Anatoli Naumova bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhruz Hacıyev tutulub. Hər iki faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda 12 yaşlı cinayətkar tutuldu

Bakıda 12 yaşlı cinayətkar tutuldu

Bakıda oğurluq edən 12 yaşlı oğlan tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 20-ci polis...

2416 Hadisə 10:49 09 sentyabr 2015

Son xəbərlər