Bakıda evlərə soxulan maskalı cinayətkar qrup ifşa olundu
Bakıda mənzillərə girərək, vətəndaşları döyüb, təhqir edən və talayan cinayətkar dəstə üzvləri zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Cinayət Axtarış İdarəsi, Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyənləşib.
Əməliyyat nəticəsində Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub. Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda xidmətçidən 30 minlik cinayət
Bakıda xidmətçi işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə,...