Bakıda evlərdən oğurluq edən gənc yaxalanıb

Bakıda evlərdən oğurluq edən gənc yaxalanıb
Hadisə 1604

  Bakıda oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 6-da Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində Asif Hüseynova məxsus evlərdən, pəncərədən daxil olmaqla, 3 min ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda iki nəfəri bıçaqladılar

Bakıda iki nəfəri bıçaqladılar

Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi olub. Bakı şəhər baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisələrdən biri Xəzər, digəri isə Sabunçu rayo...

1898 Hadisə 11:55 12 sentyabr 2015

Son xəbərlər