Bakıda 100 minlik cinayətin üstü açıldı

Bakıda 100 minlik cinayətin üstü açıldı
Hadisə 2906

Bakıda mənzillərin birində oğurluq olub.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilində baş verib. Mənzilə açatseçmə yolu ilə daxil olaraq, oradan 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Nərimanov rayon Polis İdarəsi CAŞ və 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub. Araşdırmalar zamanı məlum olub ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər rayon polis şöbəsi tərəfindən axtarışda olub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda evlərdən oğurluq edən gənc yaxalanıb

Bakıda evlərdən oğurluq edən gənc yaxalanıb

Bakıda oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis...

1604 Hadisə 12:56 16 sentyabr 2015

Son xəbərlər