Bakıda qadın rəfiqəsini döyərək qabırğalarını sındırdı

Bakıda qadın rəfiqəsini döyərək qabırğalarını sındırdı
Hadisə 1577

Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.

Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qız özünü hərəkətdə olan maşından atdı

Bakıda qız özünü hərəkətdə olan maşından atdı

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avto...

1561 Hadisə 10:19 29 sentyabr 2015

Son xəbərlər