Bakıda həkim xəstəni döydü
09
sen
2015
16:45
Bakıda həkim xəstəni döyüb. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a zərərçəkənin yaxınları bildiriblər. Hadisə Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınıb. Belə ki, 73 yaşlı Tacirə Məmmədova müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı T.Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb. Zərərçəkən Xətai Rayon Polis İdarəsinə (RPİ) şikayət edib. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda tanınmış şirkətdən 70 min oğurlandı
Bakının Xətai rayonunda yerləşən tanınmış şirkətlərdən birinin filialından oğurluq olub. Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən BAKU.WS-ə verilə...