Bakı klinikalarında niyə dərman qıtlığı yaşanır?
Bakı sakini 31 yaşlı Cavid Babayevin boynunda kəskin ağrılar olduğu üçün Mərdəkanda klinikaların birinə müraciət edib. Lakin həkimlər ona kömək üçün lazım olan ağrıkəsici dərmanın olmadığını bildiriblər.
Bu barədə Cavid Babayev BAKU.WS-ə şikayətində deyib. Onun sözlərinə görə, həkimlər hətta ağrıkəsicinin hansı aptekdən almağı da ona məsləhət veriblər. "Mənə dedilər ki, avtobusa min 2 dayanacaqdan sonra düş və ordakı aptekdən həmin ağrıkəsici olur. Oradan al”, - deyə Cavid Babayev bildirib. Cavid Babayev həmçinin qeyd edib ki, həkimlər ilk dəfə ona qeydiyyatda olduğu poliklinikaya müraciət etməyi də məsləhət görüblər. Lakin poliklinikanın çox uzaqda olduğunu bildirib və ilkin yardım göstərilməsini istəyib. Uzun sürən mübahisədən sonra həkimlər ona ilkin yardım göstərməyə razılaşıblar. Əslində isə hər hansı şəxs istənilən poliklinikaya müraciət edib, ona ilkin tibbi yardım göstərilməsini xahiş edə bilər. Həkimlər həmin xəstəyə ilk yardım göstərməyə borcludurlar. Bu həm həkimin qanun, həm də insanlıq baxımından borcudur. Bu barədə Nərimanov rayon 8 saylı şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova BAKU.WS-ə açıqlamasında bildirib. "Bu gün səhər bir kişi bizim poliklinikaya müraciət etmişdi. Müayinə zamanı onun infakt olduğunu bildik. İlkin tibbi yardım göstərdik və təcili yardım həkimi çağırdıq. Onu Kordologiya İnstitutuna yerləşdirəcəyik. Yəni vətəndaşın qeydiyyatından asılı olmayaraq, halı pisləşərsə, həkim ona ilkin tibbi yardım göstərməlidir. Daha sonra onu qeydiyyatda olduğu poliklinikaya, yaxud lazımı xəstəxanaya göndərməlidir”, - deyə Tamilla Kərimova bildirib. Baş həkim deyir ki, hazırda Bakı şəhər Səhiyyə İdarəsi tərəfindən bütün poliklinikalara tibb vəsaitləri verilir. İlkin tibbi yardım göstərmək üçün lazım olan preparatlar var. Lakin xəstənin müalicəsi üçün lazım olan dərmanları apteklərdən almaq lazımdır. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, hər bir tibb müəssisəsində ilkin yardım üçün dərmanlar olmalıdır. Əgər hardasa dərman çatışmazlığı yaşanarsa, tibbi müəssisəsinin rəhbərliyi nazirliyə müraciət etməlidir. Əgər bu sahədə kimsə problem yaşayırsa, mütləq Səhiyyə Nazirliyinin "qaynar xətti”nə məlumat verməlidir. Nazirlikdən həmçinin bildirdilər ki, tibb müəssisələrinin dərmanla təchizatı və ilkin tibbi yardım üçün lazım olan köməkliyin edilməsilə bağlı yeni mexanizim hazırlanır. Yeni qanunla bu sahədə mövcud boşluqlar doldurulacaq və problemlər həllini tapacaq.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakının məşhur otelində ölüm oldu (RƏSMİ, VİDEO)
Bakının ən məşhur otellərindən birində ölüm hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Baku Boulevard hoteldə keçirilən nişan mərasimi zamanı mərasimə qon...