Kirayə mənzillərin qiyməti yanvarın 1-dən ucuzlaşacaq? - VACİB AÇIQLAMA
Azərbaycanda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi qərarı gələn ildən qüvvəyə minəcək.
BAKU.WS-in məlumatına görə, bu dəyişiklik təkcə vergi ödəyiciləri üçün deyil, həm də kirayə mənzil bazarının ümumi dinamikası üçün mühüm dönüş nöqtəsi ola bilər.
Maraqlıdır ki, qərarın tətbiqi kirayə qiymətlərinə, mənzil bazarındakı təklif-tələb balansına və daşınmaz əmlakın ümumi dəyərinə necə təsir göstərəcək?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, növbəti ildən ödəmə mənbəyindən 14 faizlik verginin fiziki şəxslər üçün əmlakın kirayə verilməsində 10 faizə endirilməsi daha çox təşviqedici xarakter daşıyır: "Bu kirayə verən şəxsləri məlum prosesə maraqlandırmaq mənasında atılmış bir addımdır.
Vergi güzəşti daşınmaz əmlak bazarına, konkret kirayə mənzil bazarında qiymətlərə hər hansı formada təsir etməyəcək. Birinci ona görə ki, azaldılan faiz dərəcəsi - yəni dörd faizlik marja elə də böyük bir rəqəm deyil. Buna qədər 500 manat civarında verilən əmlak üçün vergi 70 manat hesablanırdısa, indi bu rəqəm 50 manat təşkil edəcək. Ona görə bu rəqəmin bütövlükdə bazara təsiri gözlənilmir.
Qiymətlərə təsirinə gəlincə, bu kirayə qiymətlərinə də hər hansı formada təsir göstərməyəcək. Adətən mənzilin qiymətinin artımı onun kirayə qiymətinə gəlirliyinə təsir göstərir. Yəni bu mənada vergi dərəcələrinin dəyişməsi onun gəlirliyinə hər hansı formada təsir göstərməyəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Bakının Binəqədi rayonunda uzun müddətdir ki, vətəndaşların həyatı təhlükə altındadır. Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblə...