Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Badr əl-Busaidi ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Oman arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün davamlı yüksək səviyyəli dialoq və qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tərəflər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlıq üçün yeni imkanları müzakirə ediblər.
Görüşdə mühüm bir mərhələ - Azərbaycanın Masqatda səfirliyinin rəsmi açılışı qeyd olunub. Bu addım iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni və güclü bir təkan kimi qiymətləndirilib.
Tərəflər, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıqlarını yüksək qiymətləndiriblər.
Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək yüksək səviyyəli tədbirlər - o cümlədən İƏT Zirvə Toplantısı və Ümumdünya Şəhərsalma Forumu ərəfəsində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
*** 14:03
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Oman xarici işlər naziri Badr əl-Busaidi arasında təkbətək görüş keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of the Sultanate of Oman @badralbusaidi. pic.twitter.com/RnpAi8BC9e
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 29, 2025
Oxşar xəbərlər
Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edilib. BAKU.WS President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhk...