Azərbaycanda daha bir jurnalist ölümlə hədələnir

Azərbaycanda daha bir jurnalist ölümlə hədələnir
Hadisə 1838

 

"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər ölümlə hədələnib.

BAKU.WS-in məlumatına görə, Aqil Ələsgər özü bu barədə sosial şəbəkədə yazıb. Jurnalist Facebook profilində qeyd edib ki, onun həyatı təhlükədədir. Baş redaktor bununla əlaqədar mediaya işçilərinə müraciət edib. "Hörmətli media mənsubları! Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicag-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək "ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyə, hədələmişdir. Bu şəxs "get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram. Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim. Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir. Bu arada yaxın dostlarıma mesaj göndərərək, "Aqil Ələsgərə de ki, Allah onun bəlasını verəcək” yazırlar. Xahiş edirəm bu məsələdə yardım edin". Ziya Səccad BAKU.WS

Son xəbərlər