Polisdən Bakıdakı pedofil-manyakla bağlı açıqlama (FOTO)
Sosial şəbəkələrdə Bakıda pedofil (azyaşlı uşaqlara cinsi təcavüz edən şəxs) peyda olması barədə məlumatlar yayılıb. BAKU.WS-in məlumatına görə, Facebook və digər sosial şəbəkələrdə həmin şəxsin görüntüsü də paylaşılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxs hazırda azadlıqdadır. Valideynlərə son dərəcə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. BAKU.WS məsələ ilə bağlı Daxili İşlər Nazirliyilə əlaqə yaratdı. Nazirlikdən bildirildi ki, hələlik həmin şəxslə bağlı onlara hər hansı bir şikayət daxil olmayıb. Əgər belə hal baş verərsə, polis mütləq cinayətkarı yaxalayacaq. "Əgər kimsə deyilən şəxsin əməlindən zərər çəkərsə, hüquq-mühafizə orqanlarına müraciət etsin. Hər hansı cinayət və cinayətkar barədə məlumatı olan şəxslər mütləq nazirliyin "102” saylı telefonuna və yerli polis orqanlarına müraciət etməlidirlər. Yalnız bundan sonra polis hərəkətə keçəcək”, - deyə Nazirlikdən bildirilib.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
AZAL Bakı-Moskva təyyarəsində bomba olması xəbərinə reaksiya verdi
Bu gün Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə yayılan məlumat doğru deyil. BAKU. WS-in məlumatına görə, bunu "Azərbaycan Hava Yoll...