Çernobılda mavi it görünüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadakı Çernobıl qadağan zonasındakı itlərdə mavi rəngli tük müşahidə edilib. Bu, həm könüllüləri, həm də alimləri təəccübləndirib
BAKU.WS xəbər verir ki, "Çernobılın İtləri" adlı könüllü qrupun paylaşdığı videoda, ən azı bir itin tüklərinin tamamilə mavi rəngə döndüyü görünür.
Qrupun nümayəndələri bunun kimyəvi çirklənmədən qaynaqlana biləcəyini bildiriblər.
Elm adamları isə hesab edirlər ki, bu itlər illərdir radiasiyaya məruz qaldıqları üçün müəyyən dərəcədə genetik uyğunlaşma göstərə bilərlər. ABŞ-nin Kolumbiya Universitetindən mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, Çernobıl zonasında yaşayan itlərdə radiasiya və zəhərli maddələrə qarşı müqavimətlə əlaqəli genetik dəyişikliklər yaranıb.
Qeyd edək ki, bu itlər 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakətindən sonra bölgədə qalan ev heyvanlarının nəsilləridir. Hazırda da həmin ərazidə normaldan altı dəfə yüksək radiasiya səviyyəsi mövcuddur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...