"Asmalı Konak"ın Dilarası Selda Özer illər sonra tanınmaz halda

Asmalı Konakın Dilarası Selda Özer illər sonra tanınmaz halda
Foto
Şou-biznes 279

Türk televiziya tarixinin unudulmaz seriallarından biri olan "Asmalı Konak" həm hekayəsi, həm də aktyor heyəti ilə bir dövrə damğa vurmuşdu.

BAKU.WS xəbər verir ki, serialda "Dilara" obrazını canlandıran aktrisa Selda Özer illər sonra sosial mediada yenidən gündəmə gəlib.

Uzun müddətdir ekranlardan uzaq olan 64 yaşlı sənətçinin son görüntüləri izləyiciləri təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri Özerin fotoları altında "Zaman ona aman verməyib" kimi şərhlər yazıblar.

Hazırda Bodrumda yaşayan aktrisa təbiət qoynunda sakit həyat tərzi sürür. Onun dəyişimi sosial mediada geniş müzakirələrə səbəb olub.

Selda Özer 1961-ci ildə İstanbulda anadan olub. Karyerasına model kimi başlayan sənətçi bir dövr məşhur geyim markası "Mudo"nun siması olub. O, 1996-cı ildə "Şehnaz Tango", 1999-cu ildə Ferzan Özpetekin "Harem Suare" filmi, 2003-cü ildə isə "Asmalı Konak" serialında rol alıb.

Aktrisa həmçinin "İstanbul Masalı" serialında Şahika obrazı ilə yadda qalıb. İllər sonra yenidən gündəmə gələn Selda Özerin dəyişimi bir çox tamaşaçını kövrəldib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər