Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türkiyəyə gətirilib.
BAKU.WS xəbər verir ki, ekstradisiya edilənlər arasında "Survivor" yarışmasındakı çıxışı ilə tanınan Hikmet Tuğsuz və "Sıfır Bir" serialının aktyorlarından olan Cengizhan Yurdutek də var.
Hikmet Tuğsuz şəxsi məlumatların qanunsuz əldə edilməsi və ya yayılması, qəsdən və sadə xəsarət yetirmə, böhtan, külli miqdarda dələduzluq cinayətləri ilə axtarışda olub.
17 iyun 2025-ci ildən etibarən 8 ayrı həbs qətimkan tədbiri qərarı ilə qırmızı bülletenlə axtarılan H. Tuğsuz 25 sentyabr 2026-cı ildə Gürcüstanda tutularaq Türkiyəyə gətirilib.
Cengizhan Yurdutek qəsdən xəsarət yetirmə, narkotik və ya xəbərdaredici maddələrin ticarəti və 7258 saylı qanuna zidd əməllər yəni qanunsuz mərc oyunları üzrə axtarılırdı.
24 iyun 2025-ci ildən etibarən haqqında 6 ayrı həbs qərarı qəbul edilən aktyor 10 oktyabr 2026-cı ildə Monteneqroda saxlanılaraq Türkiyəyə gətirilib.
Oxşar xəbərlər
66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi
Məşhur aktyor Güven Kıraç şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, onun gənc sevgilisi ilə Merve Topugil ailə qurduğu bildirilib. Onlar ailə üzvl...