Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi
Tanınmış jurnalist, politoloq və ictimai-siyasi xadim, Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, o, Rusiyanın Sankt-Peterburq şəhərində açıq ürək əməliyyatından sonra komadan ayılmayaraq dünyasını dəyişib.
Teymur Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsini bitirib.
O, iki dəfə olmaqla ümumilikdə səkkiz il Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Mərhumun nəşinin sabah doğulduğu Ərkivan qəsəbəsinə gətirilərək dəfn olunacağı bildirilir.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi
Səbail rayonu ərazisində avtobus sürücüsü ilə sərnişin arasında baş verən insidenti əks etdirən görüntülər araşdırılır. Bu sözləri BAKU.WS-ə açıqlamasında DİN-i...