Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq
"Son günlər vətəndaşların "WhatsApp" hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur".
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər:
"Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə, həmçinin birdəfəlik təsdiqləmə kodlarını heç bir halda digər şəxslərlə paylaşmamağa çağırır. Unutmayın, rəqəmsal təhlükəsizliyiniz şəxsi məlumatlarınızın qorunmasından başlayır!"
Oxşar xəbərlər
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
Niderland şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında, xüsusən də su resurslarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı və day...