İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır

İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır
Digər 101

2026-cı ilin sonuna qədər dörd bürcün həyatında sürətli və ciddi dəyişikliklər baş verə bilər. Sevgi, maliyyə və karyera sahəsində yeni imkanların yaranacağı, keçmişdən qalan problemlərin isə həllini tapa biləcəyi bildirilir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, astroloq Emi Demürün (Amy Demure) fikrincə, Veneranın retrograd hərəkəti ilə əlaqəli astroloji proseslər qarşıdakı iki ayda bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər.

Qoç

Qoçları qarşıdakı iki ayda sevgi həyatında mühüm dəyişikliklər gözləyə bilər. Münasibətlərdə yeni mərhələyə keçmək, daha dərin bağlar qurmaq və qarşı tərəfin həqiqi hisslərini öyrənmək ehtimalı var.

Keçmiş münasibətlər də yenidən gündəmə gələ bilər. Astroloqun fikrincə, yarımçıq qalmış məsələlər səbəbindən keçmiş sevgililər yenidən əlaqə yaratmağa çalışa bilərlər. Belə vəziyyətlərdə qərar vermək isə Qoçların özündən asılı olacaq.

Tərəzi

Veneranın retrograd hərəkətinin Tərəzilərə daha güclü təsir edəcəyi iddia olunur. Uzun müddətdir dəyişiklik arzulayan bu bürcün nümayəndələri sevgi, karyera və maliyyə məsələlərində yeni imkanlarla qarşılaşa bilərlər.

Astroloqun proqnozuna görə, aylardır, hətta illərdir həllini tapmayan problemlərə çıxış yolu tapmaq mümkün olacaq. Keçmiş münasibətlərin yenidən gündəmə gəlməsi də istisna edilmir.

Oğlaq

Oğlaqlar üçün ilin sonuna qədər karyera və maliyyə sahəsində irəliləyiş dövrü başlaya bilər. Astroloq Emi Demür oktyabrın 10-da baş verən Tərəzi Yeni Ayının bu bürcün nümayəndələrinin peşəkar həyatına təsir etdiyini düşünür.

Növbəti iki ay ərzində Oğlaqlar onları qane etməyən iş şəraitindən uzaqlaşmaq və daha əlverişli karyera imkanları əldə etmək şansı qazana bilərlər. Xüsusilə, əməyinin qarşılığını tam ala bilməyən və həddindən artıq çalışan şəxslər üçün yeni fürsətlərin yarana biləcəyi vurğulanır.

Xərçəng

Xərçənglər üçün bu dövr emosional yükdən azad olmaq və həyatlarında yeni səhifə açmaqla əlaqələndirilir. Astroloqun fikrincə, ayın ilk yarısında keçmişdə yaşanan ağrılı hadisələr və məyusluqlar yenidən xatırlana bilər.

Lakin bu prosesin uzun müddətdir davam edən inciklikləri geridə qoymağa kömək edəcəyi bildirilir. İlin sonuna doğru Xərçənglər özlərini daha rahat hiss edə, əvvəlki məyusluqlarla bağlı təkrarlanan vəziyyətlərdən uzaqlaşa və arzuladıqları sevgi münasibətinə daha yaxın ola bilərlər.

Qeyd edək ki, bunlar astroloqun şərhləri və astroloji proqnozlardır. Bürclərlə bağlı bu cür iddiaların elmi təsdiqi yoxdur və gələcək hadisələrə zəmanət vermir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər