Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın

Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın
Digər 41

Mütəxəssis ət pəhrizi və buz kimi soyuq suda çimməyin ömrü uzatdığına dair iddiaların elmi cəhətdən kifayət qədər əsaslandırılmadığını bildirib.

BAKU.WS xəbər verir ki, molekulyar bioloq və hüceyrə qocalması üzrə mütəxəssis Nikola Konlon bu barədə "The Telegraph" nəşrinə açıqlamasında danışıb.

Ekspertin sözlərinə görə, yalnız ət məhsullarından ibarət pəhrizin uzunömürlülüyü təmin etdiyini sübut edən inandırıcı elmi dəlillər yoxdur. Bitki mənşəli qidalardan imtina orqanizmi lifdən, C vitamini də daxil olmaqla bir sıra vacib qida maddələrindən məhrum edə bilər.

Bioloq qeyd edib ki, insanların uzun ömür sürdüyü bəzi bölgələrdə ənənəvi qidalanma rasionunda bitki mənşəli məhsullar mühüm yer tutur.

Konlon buzlu suda çimməyin faydalarının da şişirdilməməli olduğunu vurğulayıb. Soyuq su orqanizmdə stress reaksiyası yarada bilər. Bəzi tədqiqatlarda bu praktikanın stressin azalması və yuxunun yaxşılaşması ilə mümkün əlaqəsi göstərilsə də, nəticələr birmənalı deyil.

Mütəxəssis hesab edir ki, buzlu suda çimməyi ömrü uzadan sübut olunmuş üsul hesab etmək hələ tezdir. Bunun sağlamlığa uzunmüddətli təsirini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər