Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır

Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır
Foto
Hadisə 48

"Air Arabia" aviaşirkətinin təyyarələrində istifadə olunan xəritədə Azərbaycanın Xankəndi şəhərinin adı hələ də "Stepanakert" kimi qeyd olunur.

Bu barədə məlumat BAKU.WS-ə daxil olub.

Vətəndaş bildirib ki, o, bununla bağlı şirkətə rəsmi müraciət edib, lakin problem hələ də həllini tapmayıb.

Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər