Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Bakının Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, məhdudiyyət səbəbindən 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Bildirilib ki, təmir işləri yekunlaşanadək 147 nömrəli müntəzəm marşrutun avtobusları metronun "Azadlıq" stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli müntəzəm marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki,...