Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Siyasət 22

Ermənistan gerçəkliyə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq deyil, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında mövcud olmalıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

H.Hacıyev vurğulayıb ki, Bakı və İrəvan sülh gündəliyini razılaşdırıblar. Prezidentin köməkçisinin vurğulayıb ki, lakin Ermənistan tərəfdən səslənən son narrativlər iki tərəfin fərqlənə biləcəyini nümayiş etdirib.

"Biz hələ də erməni cəmiyyətində revanşizm təzahürlərindən narahatıq. Eyni zamanda görürük ki, Ermənistanın hazırkı rəhbərliyi "Real Ermənistan" konsepsiyasını təşviq edir. Biz bunu nəzərə alırıq və hesab edirik ki, Ermənistan həqiqətə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq yox, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olmalıdır", - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan erməni cəmiyyətində Azərbaycan xalqından üzr istəyəcək insanların tapılacağını gözləyir:

"Sülhə dair ilkin razılaşmalar artıq əldə edilib. Lakin mən əminəm ki, hər bir azərbaycanlı, xüsusən də öz torpağından qovulmuş, 30 il qaçqın və ya məcburi köçkün kimi yaşamış, etnik təmizləməyə məruz qalmış şəxs Ermənistan tərəfindən üzr gözləyir. Şübhəsiz ki, bu, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülh quruculuğu üzrə geniş prosesin bir hissəsi olmalıdır".

Son xəbərlər