Bakıda tanınmış şirkətdən 70 min oğurlandı

Bakıda tanınmış şirkətdən 70 min oğurlandı
Hadisə 1379
Bakının Xətai rayonunda yerləşən tanınmış şirkətlərdən birinin filialından oğurluq olub.

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, "Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən seyf yoxa çıxıb.

Məlumat daxil olan kimi bölmə əməkdaşları hadisə yerinə cəlb olunublar. Araşdırmalar zamanı məlum olub ki, seyfin içərisində 70 min ABŞ dollarına qədər pul olub.

Hazırda hadisənin hansı şəxs, yaxud şəxslər tərəfindən törədilməsi araşdırılır. Hadisəni araşdırmaq üçün xüsusi əməliyyat qurupu yaradılıb.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda Britaniya vətəndaşının meyiti tapıldı

Bakıda Britaniya vətəndaşının meyiti tapıldı

Bu gecə Bakının Nərimanov rayonunda asılmış qadın meyiti tapılıb. Nərimanov rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Koroğlu Rəhimov küç...

1841 Hadisə 14:11 28 avqust 2015

Son xəbərlər