Bakıda Britaniya vətəndaşının meyiti tapıldı

Bakıda Britaniya vətəndaşının meyiti tapıldı
Hadisə 1841

Bu gecə Bakının Nərimanov rayonunda asılmış qadın meyiti tapılıb.

Nərimanov rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Koroğlu Rəhimov küçəsində mənzillərin birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin Böyük Britaniya vətəndaşı Elizabert Edim olduğu məlum olub. Qadının 40 yaşı olduğu deyilir. Ilkin ehtimala görə qadın intihar edib. Lakin ölümün dəqiq səbəbləri araşdırmalardan sonar məlum olacaq. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Son xəbərlər