Bakıda qız özünü hərəkətdə olan maşından atdı

Bakıda qız özünü hərəkətdə olan maşından atdı
Hadisə 1561

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb. Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu Rayon Prokurorluğunda araşdırılacaq. Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu (VİDEO)

Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu (VİDEO)

Bakının Nəsimi rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, APA TV-də bildirilib ki, sürücü H...

1526 Hadisə 12:53 10 sentyabr 2015

Son xəbərlər