Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur
27
okt
2026
11:53
Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.
Oxşar xəbərlər
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir
"ICESCO Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edir və daha 10 məktəb inşa edir, həmçinin Heydər Əliyev Fondu ilə birlikdə Burkina-Faso və...