ADSEA-nın sabiq yüksəkvəzifəli məmuruna 3 milyon manatlıq ittiham
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 3 milyon manat mənimsəmədə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb
Quba rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı Mirsəlim Məmmədov dövlət dəstəyi ilə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Dövlət Məşğulluq Agentliyinin...