Rəqqasə Oksana:"Mən Elşadı hələ də sevirəm" (VİDEO)

Rəqqasə Oksana:Mən Elşadı hələ də sevirəm (VİDEO)
Video
Şou-biznes 5737

Tanınmış rəqqasə Oksana Rəsulova eks həyat yoldaşı, reper Elşad Xosedən danışıb.  

 

BAKU.WS məlumat verir ki, rəqqasə "ATV maqazin onlarla" verilişinə açıqlamasında şəxsi həyatı ilə bağlı bəzi məqamların üstünü açıb:

"İlk dəfə ailə quranda 17 yaşım var idi. O günlər mənim üçün çox ağır keçib. Həm maddi, həm də mənəvi zərbələr aldım. Həyat yoldaşım mənə qarşı çox qəddar idi. Buna görə atam məni gəlib ordan apardı. Biz ayrıldıq. İkinci həyat yoldaşım isə məndən 20 yaş böyük idi. Bizim aramızda sevgidən çox hörmət var idi. O məni qızı kimi çox istəyirdi. Elə oldu ki, mən Azərbaycana gəlməli oldum, o Rusiyada qaldı. Bu arada biri həyatımda peyda oldu. Hansı ki, həyatımda ilk dəfə idi həqiqətən sevdim. Bu Elşad Xosedir. Bundan sonra mən həyat yoldaşımdan ayrılmaq istədim, o razılaşmadı. Onu nəinki artıq sevmirdim, ümumiyyətlə sevməmişəm. Ailə qurmağımın səbəbi isə şoubiznesə qatılanda arxamca çox danışılırdı, müxtəlif şayiələr eşidirdim. O da uzun müddət idi məni sevirdi, ailə qurmaq istəyirdi. Mən də bütün söz-söhbətlərə son qoymaq üçün onunla evləndim. Elşadı tanıyandan sonra isə əsil sevgimi tapdım. İkinci həyat yoldaşımla ayrılanda çox problemlər yaşadım, məni evə qapadı. O evdən getmək üçün ruhi xəstəxanaya getməli oldu, təki o evdən qurtulum".

Elşad Xose ilə ailə həyatından danışan Oksana rəsmi nikahdan əvvəl iki il kəbinlə bir yerdə yaşadıqlarını deyib:

"Elşadla əvvəl kəbinlə bir yerdə yaşamışıq. İki il bir yerdə yaşadıqdan sonra qərar verdik ki, münasibətimizi rəsimləşdirək. Düşünürəm ki, onu etməsəydik daha yaxşı olardı. Amma cəmiyyətin yanaşması, dostlarımızın münasibəti bizi vadar etdi. Qısa da olsa onunla çox maraqlı günlər yaşamışam. Amma toydan əvvəlki münasibətimizdə Toydan sonra ilk üç ay hər şey yaxşı idi. Sonra hər şey birdən dəyişdi. Artıq onu tanıya bilmirdim. Biz onunla ailə qurmağa qərar verəndə mən ona demişdim, pis vərdişlərdən imtina etsin. Mən olan yerdə o vərdişlər ola bilməz. Əgər istəyirsənsə bir yerdə olaq gəl o vərdişlərindən əl çək. Amma onlara yenidən qayıtsan mən olmayacam. İki illik münasibətimiz də, hansı ki, kəbinlə bir yerdə yaşayırdıq, həmin dövrdə Elşad çox dəyişdi. Bütün vərdişlərindən uzaqlaşdı. Çox çətin günlər idi, maddi sıxıntılarımız vardı, amma çox xoşbəxt idik".

Ayşən Ayxan

BAKU.WS

 
 

Son xəbərlər