Polis azərbaycanlı müğənnini saxladı: atası oğulluqdan çıxardı (VİDEO, FOTO)
Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.
Əməkdar artist ANS PRESS-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib. Rəhman Rəhmanovun oğlu ilə yaşamadığını deyib. "O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!” .
Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.
E.Rəhmənov 2014-cü ildə ailə həyatı qurub. Müğənni restoranların birində dost-tanışını başına yığaraq, özünə toy edib. Emilin toy məclisini müğənni Zamiq idarə edib.
Tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilənin toy mərasimi ötən il 31 mayda paytaxtın şadlıq saraylarının birində baş tutub. Rəhilə və Orxanın toyunda yaxın qohumlar və dostlar iştirak edib.
Rəhman Rəhmanov ANS TV-nin "Günə Baxan” verilişində qonaq olub. Qızının toyundan ağız dolusu danışan aktyor hər kəsə öz razılığını bildirib.
BAKU.WS
Emil Rəhmanovun toy şəkli
Oxşar xəbərlər
Prezident xalq artisti və əməkdar artist fəxri adları verdi (SİYAHI)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir k...