Evli məmurdan hamilə qalan Şəbnəm: "Qızıma atası ilə görüşməyi qadağan etmişəm" (VİDEO)

Evli məmurdan hamilə qalan Şəbnəm: Qızıma atası ilə görüşməyi qadağan etmişəm (VİDEO)
Video
Şou-biznes 6258

Müğənni Şəbnəm Əsədova (Tovuzlu ) şəxsi həyatı ilə bağlı danışıb.

BAKU.WS xəbər verir ki, ifaçı "Stop” (Youtube İN TV) verilişində keçmiş həyat yoldaşından söz açıb. 13 yaşlı qızının atası ilə hazırda heç bir əlaqəsinin olmadığını diqqətə çatdırıb. Deyib ki, qızına atası ilə danışmağa icazə vermir.

Ş.Tovuzlu adş həmkarı Şəbnəm Tapdıqdan da söhbət açıb:

"Şəbnəm Tapdıq mənə tez-tez zəng edir, hal-əhval tutur. Bir mehriban danışır, sonra sərt olur. Mənə deyir ki, bəlkə adını Şəbnəmnur qoyasan. Çox sağ olsun, mənə çox adlar təklif edir. O, nə deyir- desin, cavabım "baş üstə” olur. Amma adımı dəyişə bilmərəm. Bu ad mənə anamın yadigarıdır. Mən yaş yarımlıq olanda anamı itirmişəm. Anam o vaxtlar Şəbnəm Tapdığı sevib. Adımı da onun şərəfinə qoyub”.

Evli məmurdan hamilə qalan Şəbnəm Tovuzlu oğluna atasının adını qoyacaqlarını da qeyd edib:

"Atamın adı Ələddindir. Həyat yoldaşım da hacıdır, din adamıdır. O, hər zaman arzu edib ki, oğlumuz olsa, adını Əli, Yusif qoysun. Ona görə də belə qərara gəldik ki, oğlumuza atamın adını verək-Ələddin. Əli kimi də çağıraq”.

Həmin verilişi oxuculara təqdim edirik:

Aysel.Ş

BAKU.WS

Son xəbərlər