Hacı Nuran tanınmaz hala düşmüş əməkdar artisti müalicə etdirəcək - VİDEO
30
iyl
2018
11:13
"Həyat" Fondu ağır xəstəliyə düçar olmuş əməkdar artist Həsənağa Sadıqova yardım edəcək.BAKU.WSxəbər verir ki, fondun təsisçisi Hacı Nuran bu barədə özü sosial şəbəkədə məlumat verib:“Həyat fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin”.Fitri istedadı ilə hələ gənc yaşlarından məşhurlaşan virtuoz ifaçı ömrünün 67 yaşındadır. Onkoloji xəstəlikyə düçar olan sənətkar ağrıdan hər gecə komaya düşür. Ən qısa müddətdə müalicə olunmazsa, ömrünün növbəti baharını yaşamayacaq.Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov atasının vəziyyətinin ağır olduğunu bildirdikdən sonra, sənətkarın müalicəsilə bağlı dostu gitara ifaçısı Rəhman Məmmədov birinci xanım Mehriban Əliyevaya müraciət etmişdir.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Xalq artisti tanınmaz hala düşən həmkarına görə birinci xanıma MÜRACİƏT etdi - FOTO
Xalq artisti Rəhman Məmmədov ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun müalicəsinə görə birinci xanıma mürac...