Xalq artisti tanınmaz hala düşən həmkarına görə birinci xanıma MÜRACİƏT etdi - FOTO

Xalq artisti tanınmaz hala düşən həmkarına görə birinci xanıma MÜRACİƏT etdi - FOTO
Şou-biznes 11832
Xalq artisti Rəhman Məmmədov ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun müalicəsinə görə birinci xanıma müraciət edib. BAKU.WS xəbər verir ki, gitara ifaçısı müraciətini sosial şəbəkədə yayıb:"Həsənağa Sadıqovu itirmək Azərbaycan musiqi mədəniyyətinin, folklorunun böyük bir budağını itirməyə bərabərdir. Mən bir musiqiçi kimi özümün və bütün sənətsevərlər adından səhhətində problem yaşamış hər bir sənətkara ürəkdən yardımçı olan humanist Mehriban xanım Əliyeva Həsənağa Sadıqova kömək olmasını xahiş edirəm". Fitri istedadı ilə hələ gənc yaşlarından məşhurlaşan virtuoz ifaçı ömrünün 67 yaşındadır. Onkoloji xəstəlikyə düçar olan sənətkar ağrıdan hər gecə komaya düşür. Ən qısa müddətdə müalicə olunmazsa, ömrünün növbəti baharını yaşamayacaq.Xəstəlikdən günü-gündən arıqlayaraq tanınmaz hala düşən Həsənağa Sadıqova hər gün musiqiçi dostları ziyarət edir. Bir neçə gün öncə sənətçinin oğlu Elşən Sadıqov atasının müalicəsinin xaricdə mümkün olduğunu və bunun üçün köməyə ehtiyac olduğunu bildirib:“Atamın vəziyyəti çox pisdir. Qaraciyər bütün daxili orqanları sıradan çıxarıb. Demək olar ki, qaraciyər fəaliyyətini itirib. Ümid göydə Allahadır. Atamın müalicəsi üçün kömək lazımdır. Atam xarici ölkəyə aparılsa, sağalmasına ümid çoxdur. Hər gün atamın ömründən gedir. Gecələr komaya düşür. Ayılması üçün səhərədək dua edirik”.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər