Tanınmaz hala düşən azərbaycanlı məşhurun oğlu: Atam gecələr komaya düşür
26
iyl
2018
15:21
Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhəti pisləşib.BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, bu barədə sənətkarın oğlu Elşən Sadıqov məlumat verib. O, atasının müalicəsinin xarici ölkələrdə mümkün olduğunu deyib:“Atam pisdir. Qaraciyər bütün daxili orqanları sıradan çıxarıb. Demək olar ki, qaraciyər fəaliyyətini itirib. Ümid göydə Allahadır. Atamın müalicəsi üçün kömək lazımdır. Atam xarici ölkəyə aparılsa, sağalmasına ümid çoxdur. Hər gün atamın ömründən gedir. Gecələr komaya düşür”.BAKU.WS
Oxşar xəbərlər
Elmar Vəliyevin oğlu danışdı
"Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq". BAKU.WS bildirir ki, bu sözləri Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliye...