Lütfi Zadənin oğlu: "Atam özünün yandırılmasını vəsiyyət etdi, amma... (VİDEO)

Lütfi Zadənin oğlu: Atam özünün yandırılmasını vəsiyyət etdi, amma... (VİDEO)
Video
Video 9694
Alim Lütfi Zadənin oğlu Norman Zadə atası haqda danışıb. BAKU.WS-in məlumatına görə, bir müddət əvvəl Azərbaycan mətbuatında professorun ölümü barədə saxta xəbər yayımlanıb. Güya o, 97 yaşında, Berkeley, Kalifornia ştatında vəfat edib. Söhbət Vikipediyaya qədər çatıb. Lütfi Zadənin səhifəsində də ölüm tarixi 2017-ci il avqustun 12 olaraq göstərilib. Əslində isə ağır vəziyyətdə olan professor vəsiyyətini açıqlayıb. O, Azərbaycanda dəfn edilməsini istəyib. Bu xəbər professorun qohumları və soydaşlarını təəccübləndirib. Axı karyerasının və həyatının böyük hissəsini ABŞ-da keçirib, sevimli həyat yoldaşı da burada dəfn olunub. Əvvəla, o və həyat yoldaşı kremasiya olmağını arzulayırdı.Professorun vəsiyyətini ölüm qabağı dəyişdirilməsinə səbəb nə ola bilər? Hamını maraqlandıran suallara cavab tapmaq üçün Lutfi Zadənin oğlu Normanın Los Angelesdəi villasını ziyarət etdik. Kaliforniyalı multimilyoner, alimin yeganə oğlu, atasının vəziyyəti haqqında dəqiq məlumat verdi. Norman Zadə (Nəriman) BAHAR Şow üçün video müsahibədə, atasının birdən-birə vəsiyyətinin dəyişdirilməsinin mümkün səbəblərini açıqladı. O, atasının səyəhəti haqda və səs küylü vəsiyyəti ilə bağlı danışıb: "Prezident İlham Əliyev də istəyir ki, atam Bakıda dəfn olunsun. Mən Azərbaycan prezidentindən elektron məktub almışam. Məktubda deyilir ki, hökümət bizə istənilən kömək göstərməyə hazırdı. Mən atamın cəsədini Bakıya göndərilməsini təşkil edə bilərəm. İnanıram ki, professor Şahnaz da mənə kömək edəcək". Alimin oğlu bildirib ki, atası Azərbaycanı sevsə də Vətənində onu sevməyənlər də var. "Atam uzun illərdi ABŞ-da yaşamasına baxmayaraq Azərbaycanda dəfn edilməsini vəsiyyət edirsə, deməli atam öz vətənini çox sevir. O, bu torpaqları çox sevdiyini deyir. Onun öz həyatı ilə bağlı düşünməsi üçün kifayət qədər vaxtı var idi. Mənim atam ştatları çox sevirdi, amma mən əminəm ki, o Azərbaycanı daha çox sevir". Lütfi Zadənin ailəsi SSSR-nin vaxtında Azərbaycandan İrana mühacir etməsinə baxmayaraq o, özünü heç vaxt fars hesab etməyib. "Azərbaycanda olmaq həmişə mənim arzum olub. Amerikada məni və atamı bəziləri sevmir. Burada azərbaycanlılar mənə və atama qarşı böyük hörmətlə yanaşır və mənim onlara qarşı simpatiyam var". Alimin oğlu öz uşaqlığından da danışıb. O, uşaq vaxtı heç vaxt professorları anlamadığını deyib: "Ağıllı professorların danışıqlarını heç vaxt başa düşmürdüm. Universitetdə alimlərin dərslərində otururdum, amma onların danışığı mənə çatmırdı. Hərdən hesab edirdim ki, mən ağıllı deyiləm. Amma evdəki intelektual söhbətlərdən mənim xoşum gəlirdi". TuncayBAKU.WS

Oxşar xəbərlər

Lütfi Zadənin oğlu: “Azərbaycanın Prezidentindən e-mail almışam” – MÜSAHİBƏ

Lütfi Zadənin oğlu: “Azərbaycanın Prezidentindən e-mail almışam” – MÜSAHİBƏ

Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək haqqında vəsiyyəti xeyli müzakirələrə səbəb oldu. Məsələ ilə bağlı xeyli fikirlər səsləndi, dezinfor...

2581 Siyasət 17:35 16 avqust 2017

Son xəbərlər