Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi
Hadisə 6371

ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə şənbə günü vəfat edib.

BAKU.WS xəbər verir ki, Bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir.

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb.

Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb.

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Allah rəhmət eləsin.

BAKU.WS

Oxşar xəbərlər

Lütfi Zadə bütün mükafatlarını ona vəsiyyət etdi

Lütfi Zadə bütün mükafatlarını ona vəsiyyət etdi

Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi ailənin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəs...

7156 Siyasət 11:59 10 avqust 2017

Son xəbərlər