Lütfi Zadə Mehriban Əliyevanı təbrik edib

Lütfi Zadə Mehriban Əliyevanı təbrik edib
Siyasət 1122

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru  Lütfi Zadə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı vitse-prezident təyin olunması münasibətilə təbrik edib.

BAKU.WS-in AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 "Çox hörmətli Mehriban Əliyeva. 

Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizin təyinatınızdan həqiqətən şadam, çünki Siz son 15 ildə Azərbaycanda və dünyada sülhə və insan haqlarına nail olmaq üçün yorulmadan çalışmısınız.

Mən hər zaman Sizin fəaliyyətinizi böyük maraqla izləmişəm. Azərbaycanın inkişafı və rifahı üçün göstərdiyiniz səylərə görə Sizə minnətdaram və bunun üçün çox xoşbəxtəm.

Əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunuz müddətdə humanitar və sosial layihələrə hərtərəfli töhfələrinizlə Siz həm Azərbaycanda, həm də dünyada milyonlarla insanın məhəbbətini və hörmətini qazanmısınız.

Mən Azərbaycan ilə xarici ölkələr arasında sosial və siyasi əlaqələrin yaradılmasındakı möhtəşəm səylərinizi və dünya miqyasında beynəlxalq tədbirlərin keçirilməsindəki rəhbərliyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Siz yeni vəzifənizlə bağlı bütün işlərinizdə böyük uğurlar qazanacaqsınız.

Sizə böyük uğurlar arzu edirəm və əminəm ki, Sizin bütün səyləriniz Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək.

Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək”.

BAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyeva: “Yeni təyinat qarşıma yeni hədəflər qoyur, yeni imkanlar açır”

Mehriban Əliyeva: “Yeni təyinat qarşıma yeni hədəflər qoyur, yeni imkanlar açır”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib. APA-nın məlumatın...

1965 Siyasət 18:05 24 fevral 2017

Son xəbərlər