Türkiyə prezidenti Mehriban Əliyevanı təbrik etdi

Türkiyə prezidenti Mehriban Əliyevanı təbrik etdi
Digər 2318

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin edildi (RƏSMİ)

Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin edildi (RƏSMİ)

Azərbaycan respublikasının prezidenti İlham Əliyev ölkənin vitse-prezidenti təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. BAKU.WS dövlət başçısının sərəncamını...

9659 Siyasət 12:22 21 fevral 2017

Son xəbərlər