Putin İlham Əliyevə zəng etdi

Putin İlham Əliyevə zəng etdi
Siyasət 1993

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. 

BAKU.WS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin dövlətimizin başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Prezident İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. BAKU.WS-in məlumatına görə, dövlət başçısı R...

1257 Siyasət 17:55 02 noyabr 2015

Son xəbərlər