"Mənim yanımda can verməyə qorxurdu" - Xalq artistinin həyat yoldaşı

Mənim yanımda can verməyə qorxurdu - Xalq artistinin həyat yoldaşı
Şou-biznes 3142
ARB TV-də yayımlanan "Bu qədər" verilişinin budəfəki buraxılışı mərhum sənətkar, Xalq artisti Kamil Vəzirovun xatirəsinə həsr olunub.BAKU.WS xəbər verir ki, verilişdə sənətkarın ailə üzvləri, sənət dostları onunla bağlı xatirələrini danışıblar. Sənətkarın qızı Aytac Həsənova bildirib ki, atası heç vaxt səhhətindən şikayətçi olmayıb:"Səhhəti ilə bağlı heç vaxt şikayət etmirdi. Heç vaxt demirdi ki, mən xəstəyəm, ya da mənə nəsə olub. Birdən oldu. "Pristup" tutdu. Onun üçün təcili yardım çağırdım. O heç istəmirdi. Həmin anda da deyirdi ki, mən çox yaxşıyam".Sənətkarın həyat yoldaşı Lətifə Vəzirova isə göz yaşları içində bunları deyib: "Mənim yanımda can verməyə qorxurdu. O bilirdi ki, mən onu ölməyə qoymaram. Qızının yanında qalırdı. Ona demişdi ki, ananı yanıma qoyma". BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədə tanınmış aktrisa ərə gedir

Türkiyədə tanınmış aktrisa ərə gedir

Türkiyəli aktrisa Aleyna Solaker sevgilisi Berk Boyacıgildən Fethiye şəhərində evlilik təklifi alıb. BAKU.WS xəbər verir ki, romantik gün batımı fonunda edilən...

187 Şou-biznes 15:18 07 iyun 2026

Son xəbərlər