Aygün Kazımovadan "Nigaranam" sürprizi – Britaniyalı müğənni ilə duet
Xalq artisti Aygün Kazımova illərdir dillərdən düşməyən "Nigaranam" əsərini yeni tərzdə təqdim edib.
BAKU.WS xəbər verir ki, Pop Diva bu dəfə məşhur mahnını britaniyalı müğənni Fredrik Ferrierlə duet şəklində ifa edib.
Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Nigaranam" yeni aranjimanda səsləndirilib. Mahnının yeni versiyasını Fredrik Ferrier və Eşqin Ağayev aranjiman edib. Bəstənin ingilis dilindəki hissəsini isə Fredrik Ferrier və Ceyms Tadgell tərcümə edib.
Ölkənin əsas ulduzu mahnının yeni versiyasını ilk dəfə "GabalaFest"in bağlanış mərasimində ifa edib. Aygün Kazımova və Fredrik Ferrierin səhnə performansı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, mahnını ilk dəfə A.Kazımova 2005-ci ildə təqdim edib. Xalq artistinin repertuarında yer alan "Nigaranam" mahnısına zaman-zaman bir çox ifaçılar da müraciət ediblər.
Oxşar xəbərlər
İlqarə Kazımova: "Qoy sevməsin heç"
Müğənni İlqarə Kazımova "Qoy sevməsin heç" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, mahnının söz və musiqisi Fərid Kərimliy...