Lalə Məmmədova: "Günahlara boyanalımmı?"
Əməkdar artist Lalə Məmmədova yaradıcılığında növbəti yeniliyə imza atıb.
BAKU.WS xəbər verir ki, xəbər verir ki, sənətçi "Günahlara boyanalımmı?" adlanan yeni mahnısını və ekran işini dinləyicilərin ixtiyarına verib.
Türk dilində ərsəyə gələn bəstə eksklüziv olaraq Türkiyənin məşhur "Kral FM" radiosunda səsləndirilib. Bu ekran işi sənətçinin yaxın zamanlarda işıq üzü görəcək yeni türkdilli albomunun ilk xəbərçisidir.
Mahnının sözləri türk yazar Aysel Enezə, musiqisi və aranjımanı isə Camal Qurbanova məxsusdur. Çəkiliş heyətində yer alan Ümit Tokat bundan əvvəl sənətçinin Türkiyədə lentə alınan "Gözümdə Leylisən", "Darıxmışam" və "Konum At" kliplərinin də icraçı prodüseri olub.
Klipin rejissoru Ramazan Arslankaya, quruluşçu operatoru isə Murat Tunceldir. Sənətçinin obrazının hazırlanması üzərində peşəkar komanda çalışıb. Stilist Nərgiz Əşrəfzadə, geyimlərin müəllifləri isə modelyerlər Samirə İsmayılova və Nisə Əzizovadır.
Müğənninin makiyajını Kamran Cabbarov, saç düzümünü isə Taner Özdemir hazırlayıb. Sənətçinin mətbuat katibi Əli Hüseynovdur. Sözügedən klip artıq müğənninin rəsmi yutub kanalında və rəqəmsal musiqi platformalarında yayımlanıb.
Oxşar xəbərlər
İlqarə Kazımova: "Qoy sevməsin heç"
Müğənni İlqarə Kazımova "Qoy sevməsin heç" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, mahnının söz və musiqisi Fərid Kərimliy...