Azərbaycanın II Avropa Oyunlarında 11-ci medalını qazanıb
24
iyn
2019
21:52
Azərbaycan cüdoçusu İrina Kindzerska (+78 kq) Minskdə keçirilən ikinci Avropa Oyunlarında yığma komandamızın aktivinə 11-ci medalı yazdırıb.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, idmançımız üçüncü yer uğrunda görüşdə ukraynalı Qalina Tarasovaya cərimə xalları hesabı ilə qalib gəlib.Bu, “Minsk 2019”da Azərbaycanın 11-ci medalı olub.Xatırladaq ki, İ.Kindzerska səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. İdmançımız finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskayaya uduzub.
Oxşar xəbərlər
Daha bir cüdoçumuz Avropa Oyunlarında medal qazanıb
Minskdə keçirilən ikinci Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çı...