Mariya Stadnik Olimpiadada bizə şok yaşatdı (VİDEO)

Mariya Stadnik Olimpiadada bizə şok yaşatdı (VİDEO)
Video
İdman 7264

 

Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son 3 saniyədə məğlub olaraq "Rio-2016"nın gümüş medalı ilə kifayətlənib.

Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.

Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda təşkil olunan Olimpiadada isə 2-ci yerə sahib olub.

M.Stadnikin iki övladı var. Həyat yoldaşı Andrey Stadnik isə onun məşqçisidir.

 

BAKU.WS 

Son xəbərlər