Rio-2016: İlk medal (YENİLƏNİB)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.
Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.
Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda "London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün daha 3 azərbaycan idmançısı yarışacaq - Rio-2016
Rio-de-Janeyro Olimpiadasının dördüncü günündə daha üç azərbaycan idmançısı iştirakını başlayacaq. Qılıncoynadan Səbinə Mikina Olimpiadada iştirakını başlayaca...