Eduard Məmmədov erməniyə qalib gələrək dünya çempionu oldu (FOTO)
Azərbaycanlı idmançı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub.
BAKU.WS "Report"-a istinadən məlumat verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub. "Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.
"Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı açıqlamasında bildirib.
Qeyd edək ki, bu çəki dərəcəsində üçüncü yüri tutan da erməni idmançısıdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı idmançı dünya rekordu qırdı (VİDEO)
Pauerliftinq üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa və Dünya çempionatının qalibi və eyni zamanda rekordçusu Zahir Xudayarov daha bir çempionluğunu qeyd edi...