Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb - FOTO

Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb - FOTO
Foto
İdman 836
“Minsk 2019” II Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də Azərbaycan milli komandası ilk medalını qazanıb.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, komandamızın aktivinə birinci medalı akrobatika gimnastlarımız yazdırıblar. Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.Bu yarışda qızıl medalı rusiyalı gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb. Bürünc medala Belarus təmsilçiləri Artur Beliakov-Volna Melnik layiq görülüblər.Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.

Son xəbərlər