Azərbaycan İslamiadanın ilk günündə 1-ci oldu - 22 medal (CƏDVƏL)
Mayın 13-də - "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının birinci gününün yekununda medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir.
Komandamız mötəbər idman yarışının birinci günündə 22 medal qazanıb. Medallardan 10-u qızıl, 9-u gümüş, 3-ü isə bürüncdür.
Yığma komandamıza ilk qızıl medalı atıcılıq yarışında çıxış edən Ruslan Lunyov qazandırıb. Bu yarışda digər idmançımız Şəfəq Əmrahova isə gümüş medal əldə edib.
Azərbaycana ən çox qızıl medal qazandıran cüdoçularımız olublar. Azərbaycan cüdoçuları yarışın birinci günündə 13 - 6 qızıl, 7 gümüş medal qazanıblar. Qızıl medallara qadın cüdoçularımızdan Erdenebat Bazarraqça, Afaq Sultanova, Ramilə Kaştayeva, kişi idmançılarımızdan isə Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov sahib olublar. Nəzakət Əzizova, Kifayət Qasımova, Xanım Hüseynova, Aişə Qurbanlı, Sevda Vəliyeva, Turanə Ağayeva və Orxan Səfərov isə gümüş medala layiq görülüblər.
Karateçilərimiz isə yarışın birinci günündə 5 medal əldə ediblər. Medallardan ikisi qızıl, biri gümüş, ikisi isə bürüncdür. Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova bürünc, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal qazanıblar.
Yarışın birinci günündə uğurla çıxış edən komandalarımızdan biri də bədii gimnastlarımız olublar. Gimnast qızlarımız – Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova gözəl çıxışları ilə Oyunların qızıl medallarını Azərbaycanın aktivinə yazdırıblar.
Ağır atletika yarışında mübarizə aparan Səbinə Əzimova Oyunların birinci günündə bürünc medal əldə edib.
Medal siyahısında ikinci yerdə Türkiyə millisi qərarlaşıb. Türkiyə millisinin hesabında 27 - 10 qızıl, 7 gümüş və 10 bürünc medal var. İndoneziya (medal), Əlcəzair (9), İran (8) və İordaniya (2) milliləri isə 3-6-cı yerləri bölüşürlər. Bu dörd komandanın hər birinin iki qızıl medalı var.
Ümumilikdə yarışın birinci günündə 13 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazandı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb. BAKU.WS Trend-ə istinadən bildirir ki, azərbaycanlı idmançı Şəfəq Əmrahova qadınla...