Prezidentin bacısı oğlu: "Hər bir idman növünü sevir və yarışları izləməyə gedirəm"
"Ağırlıqqaldıranlarımızın IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəklərinə ümidvarıq. Amma bu yarışda ciddi rəqabət olacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan və İran atletləri güclüdürlər. Fikrimcə, biz ilk "3-lüy"ə daxil ola biləcəyik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev deyib. O, bütün idman növləri ilə maraqlandığını söyləyib: "Hər bir idman növünü - futbol, güləş, cüdo, karate, taekvondo və s. sevirəm və yarışları izləməyə gedirəm".
A.Əliyev İslamiadanın ilk yarış günündə 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Kamerunla oyununu izləyib. O, millinin oyununu çox bəyəndiyini bildirib. MOK rəsmisinin fikrincə, qrupda əsas rəqabət bu iki komanda arasında gedəcək.
Oxşar xəbərlər
Azad Rəhimov: "Çətin ki, Azərbaycandan sonra bu səviyyədə İslamiada keçirilsin"
Bu gün IV İslam Həmrəyliyi Oyunları münasibəti ilə "Gücümüz həmrəyliyimizdədir” konfransı keçirilib. BAKU.WS haqqın.az-a istinadən xəbər verir ki, tədbiri gir...